Böyük Britaniyada son sutka ərzində 42 484 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koranavirusa yoluxanların ümumi sayı 9 932 408 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində Britaniyada 165 nəfər koronavirusdan həyatını itirib. Hazırda koronavirusdan ölənlərin ümumi sayı 144 137 nəfərə çatıb.