İrəvanda müxalifət tərəfdarları növbəti etiraz aksiyası keçirib.
"Unikal" xəbər verir ki, ermənilər metrolarda qatarların hərəkətinə mane olublar. Belə ki, onlar vaqonların qapısında dayanaraq, Paşinyanı istefaya çağırıblar. Əraziyə polis qrupları göndərilib.
Etirazçı şəxslər qatarda olanları axşam Respublika meydanına aksiyaya qoşulmağa səsləyiblər.