Gürcüstanda ötən sutka ərzində daha 3 201 nəfərin koronavirusla bağlı testi pozitiv çıxıb, 64 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gürcüstanda indiyə qədər COVID-19-a 822 383 nəfər yoluxub, onların 11 679-u ölüb.
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 098 nəfər artaraq 763 755-ə yüksəlib.