“İŞİD” terror qruplaşmasının ən azı 80 yaraqlısı Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının təhlükəsizlik qüvvələrinə təslim olub.

"Unikal" xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

Terrorçular Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində tayfa ağsaqqallarının vasitəçiliyi ilə təslim olub. Əlavə təfərrüatlar açıqlanmayıb.