"Paşinyan cahildir, yoxsa cahil oynayır?".
"Unikal" xəbər verir ki, bu barədə erməni publisist Vahan İşxanyan "Facebook" səhifəsində yazıb. O, Paşinyanın dünənki mətbuat konfransını hansı məqsədlə həyata keçirdiyini anlamadığını bildirib.
"Dünən keçirdiyi mətbuat konfransında o, qəzəblə dedi ki, gömrük əməkdaşının otağında ölkə bayrağı yerdə olduğu üçün onu işdən çıxarıb, həmin adamı günahlandırmaq onun üçün çox çətin olub. Paşinyana sualım budur ki, o, insan haqqının, xüsusən də əmək haqqının nə olduğunu bilməyəcək qədər cahildirmi? Baş nazirin öz şıltaqlığı ilə dövlət məmurunu işdən çıxarmaq hüququ yoxdur. Erməni bayrağına nə qədər hörmətlə yanaşdığını göstərməklə hələ də aktyorluq məharəti göstərir. Çünki 44 günlük müharibədə hər gün erməni bayrağı tapdalanırdı. Amma Paşinyan o zaman təsirlənmirmiş".
Gülayə Mecid