Xəbər verdiyimiz kimi, Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

"Unikal" xəbər  verir  ki, hadisə  nəticəsində avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib. Sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Bildirilir ki,  yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.