Türkiyəli müğəni Sinan Akçılla ikinci dəfə ailə həyatı quran aktrisa Burcu Kıratlının üzüyü oğurlanıb.
"Unikal" xəbər verir ki, cütlük evdə dekorasiya işləri apararkən qiyməti 2,5 milyon lirə (təxminən 324 min 354 manat) olan tək daş üzüyün yerində olmadığının fərqinə varıb.
İkili dərhal polisə müraciət edib. Onlar evə gələn saç ustasının oğurluq etməsindən şübhələnir.
Məsələ ilə bağlı araşdırma davam edir.