Meksikanın Zakatekas vilayətinin Fresnillo şəhərində insanlar səhər gördükləri mənzərədən dəhşətə gəliblər.
"Unikal" xəbər verir ki, şəhərin müxtəlif yerlərində asılmış insan cəsədləri ilə qarşılaşıblar. Əraziyə polis qrupları cəlb olunub. Polis cəsədlərin sayının 8-ə çatdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.