"İnsanların bir-birini qısqanmalarını, paxıllıqlarını xoşlamıram. Heç kim heç kimdən artıq deyil. Əvvəllər sənət insanlarına ulduz kimi baxırdılar. İndi adiləşdi. Adiləşdirən də sənət adamları özləridir. Özləri özlərini gözdən salırlar. Çıxıb mediada sənət yoldaşının arxasınca danışanda düşünmürsənmi ki, sən öz sənət yoldaşını təhqir edirsən? Öz sənətini gözdən salırsan. Keçmişdə yox idi bunlar. Olub, içlərində sadəcə. Tərbiyəsi olub. İndi hər şey açıq-aşkardır".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Üzə-düz" proqramında deyib. Müğənni qalmaqal edən sənət adamlarını tənqid atəşinə tutub.
G.Məmmədova ayrıldığı həyat yoldaşından söz açıb:
"Heç bir qadın boşanmaq istəməzdi. Sadəcə, keçmiş həyat yoldaşım uzaq ölkədə yaşayırdı. Xarakterimiz uyğun olub da, olmayıb da. Elə şeylər var ki, mən onu danışmaq istəmirəm. Bizim onunla əlaqəmiz var, bir kənddənik, qohumuq, bir sinifdə oxumuşuq. Oğlumun atasıdır. Mən ona xoşbəxtlik arzulayıram. O xoşbəxt olsa, mən sevinərəm ki, onun ailəsi, övladları var. Kiminsə qəminə sevinmirəm. Düzdür, insanlar daha çox başqasının həyatını müzakirə edirlər, amma qoy etsinlər. İnsan sevəndə peşman olmur, əksinə, o insanın hər xasiyyətini qəbul edir. Kənar fikirlər də təsir etmir. İkinci dəfə ailə qurmadım. Heç kimə görə yox... Bu Allahın işidir. Allah bir anda insanın taleyini elə dəyişər ki... Getmirəm dediyin anda gedərsən. Allahın mənə yazısı nə olubsa, o da olacaq".