Türkiyəli məşhur aktrisa, aparıcı Defne Samyelinin böyük qızı Deren Talun özünə ad günü şənliyi keçirib.
"Unikal" xəbər verir ki, Beşiktaşda məkanların birində 25 yaşını qeyd edən Deren mini geyimi ilə göz qamaşdırıb. Bununla yanaşı Defne Samyeli də görünüşü ilə gündəm yaratmağı bacarıb.
Belə ki, sosial şəbəkə üzərindən qızı ilə fotosunu paylaşan Samyeliyə yüzlərlə bəyəni və şərh gəlib. İzləyicilər 49 yaşlı Defnenin gənc göründüyünü və qızından fərqlənmədiyini vurğulayıblar.