Son günlər Türkiyədə surətlə bahalaşan dolların məzənnəsində bu gün nisbətən ucuzlaşma qeydə alınıb.
"Unikal" bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Bildirilir ki, dolların ucuzlaşmasına səbəb Mərkəzi Bankın ardıcıl apardığı repo hərraclarıdır. Bu gün səhər saatlarında 12,99 TL-yə təklif edilən 1 ABŞ dolları saat 15:02-dən etibarən 4,49% azalaraq, 12,23 TL-yə düşüb.
Bir dollar dünən 13,50 TL təşkil edib ki, bu da tarixi rekordun yenilənməsi deməkdir.
Ekspertlər isə dolların yenidən bahalaşacağı qənaətindədir.