Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyllilik adi hal alıb və bu ölkənin hərbi qurumunun baş bəlasına çevrilib.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, spirtli içki içərək avtoqəzaya düşən və içkili vəziyyətdə cinayət törədən erməni hərbçilərin sayı artıb.
Belə ki, növbəti belə bir insident Ararat şəhərində baş verib. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Mariam Petrosyan içkili vəziyyətdə şəhər əhalisinə qarşı nalayiq hərəkətlərə yol verdiyinə görə, sakinlərin şikayətindən sonra polis bölməsinə aparılıb. Hərbçi olduğu bilindikdən sonra M.Petrosyan hərbi polis əməkdaşlarına təhvil verilib.
Anar Kəlbiyev