Fizika üzrə 1921-ci il Nobel mükafatı laureatı Albert Eynşteynin (1879-1955) nisbilik nəzəriyyəsinin hazırlanmasını təsvir edən əlyazması Parisdə hərracda 11,6 milyon avroya satılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Franceinfo” radiosu məlumat yayıb. Qeyd edilir ki, Eynşteyn bu mətni 1913-1914-cü illərdə Sürixdə isveçrəli həmkarı və dostu Mişel Besso ilə birlikdə yazıb. Bildirilib ki, 26 səhifəni Eynşteyn, 25 səhifəni Besson, digər üç səhifəni isə alimlər birgə yazıblar.
“Eynşteynin bu dövrə və ümumiyyətlə 1919-cu ildən əvvəlki elmi əlyazmalarına nadir hallarda rast gəlinir. Ümumi nisbi nəzəriyyənin yaradılmasını sənədləşdirən iki əlyazmadan biri kimi, bu, Eynşteynin işinə diqqətəlayiq fikir və 20-ci əsrin ən böyük aliminin zehni haqqında heyrətamiz perspektiv təqdim edir”.