İsveçin Sosial Demokratlar Partiyasının yeni rəhbəri Maqdalena Andersson Krallıq tarixində ilk qadın Baş nazir seçilib.
"Unikal" xəbər verir ki, İsveç parlamentində baş tutan səsvermədə 349 deputatın 174-ü Maqdalena Anderssonun əleyhinə səs verib.
Onun lehinə səs verənlərin sayı ümumi deputatların yarısından çox olduğu üçün o, Baş nazir seçilib.
Andersson axşam saatlarında istefa verib. O, cəmi bir neçə saat hökumətin başçısı olub.
Bu qərara səbəb Anderssonun Ətraf Mühit Partiyasının İsveçdə azlıq hökumətini təşkil edən koalisiyadan çıxması ilə bağlı açıqlaması olub.