Noyabrın 24-ü Ermənistanın Tavuş rayonunda hərbi hissələrin birində müddətdən artıq xidmətdə olan hərbçi Suren Avetisyan başından güllə yarası alaraq ölməsi ilə bağlıistintaq işləri davam edir.
"Unikal" xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti Suren Avetisyanın ölümü ilə bağlı məlumat paylaşıb. Məlumatda onun xidmət yoldaşı saxlanıldığı qeyd olunub.
Bildirilir ki, Avetisyanın yoldaşı silahla davranış qaydasını pozduğundan sözügedən insident baş verib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.
Gülayə Mecid