Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhədə gedib.
"Unikal" xəbər verir ki, A. Lukaşenko Polşa ilə sərhəddə Bruzqi buraxılış məntəqəsində Yaxın Şərqdən olan miqrantların yerləşdirildiyi nəqliyyat logistika mərkəzində olub.
Qeyd edək ki, Yaxın Şərqdən olan minlərlə miqrant Avropa İttifaqı ərazisinə, xüsusilə Almaniyaya getmək üçün Belarus-Polşa sərhədinə toplaşıb. Polşa miqrantları ölkə ərazisinə buraxmamaq üçün sərhəddə təhlükəsizlik tədbirləri görüb. Rəsmi Varşava baş verən miqrant böhranında Moskvanı günahlandırıb.