Azərbaycanlı diktor Lyudmila Nəzərli vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Xalq artisti Əli Məhəmmədoğlu "Facebook"  hesabında  məlumat verib. 

Bildirək ki, L. Nəzərli daha əvvəl koronavirusa yoluxmuş, reanimasiyaya yerləşdirilmişdi. 

L. Nəzərli təqaüdə çıxdıqdan sonra CBC telekanalında gənc nəslin diksiyası üzərində çalışırdı. O, 2020-ci ilin iyulunda “Tərəqqi” medalına layiq görülmüşdü.