Mixail Saakaşvili ölkənin üçüncü prezidentidir və buna görə də məhkəmə zalından ictimaiyyətə müraciət etməsini təmin edəcəm.
"Unikal" xəbər verir ki, bunu eks-prezidentin 29 noyabrda keçiriləcək məhkəmə prosesinin hakimi Liana Orkodaşvili deyib.
"Əgər Saakaşvilini yenə də məhkəmə zalına gətirməsələr, biz onun həbs olunmasını müzakirə etməyəcəyik", - Orkodaşvili vurğulayıb.
O, həmçinin, Prezident Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv edəcəyini desə, bu zaman Saakaşvili barəsində yenidən hökm oxumayacaqlarını və onu sərbəst buraxacaqlarını bildirib.