Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında duman səbəbindən 33 reys gecikib və təxirə salınıb.

"Unikal" xəbər verir ki, Vnukovoda yeddi reys gecikib, ikisi isə ləğv edilib. Domodedovoda isə doqquz reys gecikib.

Bildirilir ki, ən çətin vəziyyət paytaxtın Şeremetyevo hava limanında qeydə alınıb. Burada yeddi reys gecikib, daha doqquz reys ləğv olunub.