"Bu il ikinci dəfədir ki, Rusiyanın minlərlə əsgərini Ukrayna sərhədinə yerləşdirdiyini görürük".
"Unikal" xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
"Mən Rusiyanın niyyəti barədə spekulyasiya edə bilmərəm. Amma biz əvvəllər də Rusiyanın qonşularına qarşı güc tətbiq etdiyini görmüşük. Ona görə də bunun sadəcə olaraq blef olduğunu düşünmək olmaz.
Mən Rusiyanı gərginliyi azaltmağa çağırıram. Eyni zamanda, biz keçmişdə olduğu kimi Rusiya ilə də dialoqa açığıq. Gərginlik yüksək olduqda dialoq daha da vacib olur", - Stoltenberq qeyd edib.