Çexiyanın koronavirus aşkarlandığı 77 yaşlı Prezidenti Miloş Zeman xəstəxanadan evə buraxılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbəri ambulator müalicə kursu keçəcək.
Qeyd edək ki, noyabrın 25-də dövlət başçısının COVID-19 testi müsbət olub. Miloş Zeman həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilmişdi.