Türkiyədə “Bizim İğdır” şirkətinə məxsus avtobusun aşması 22 nəfərin yaralanmasına səbəb olub.
"Unikal" xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Ərzincan-Sivas şosesində, Akarsu kəndinin yaxınlığında baş verib.
İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükanda nəzarəti itirməsi olub. Avtobus yolun kənarına aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır dəyərləndirilir.