Rusiyada koronavirusun yeni ştammı olan “Omikron” aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy bildirib.
Onun sözlərinə görə, artıq Rusiyada da “Omikron” ştammı var və virusun yayılma mənbəyi Misirə səyahət etmiş vətəndaşlar ola bilər.
Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb.
Qeyd edək ki, bir neçə gün qabaq alimlər Cənubi Afrika Respublilasının Bostvana şəhərində koronavirusun daha təhlükəli olan yeni ştammının aşkar olunduğunu açıqlayıblar.