Peruda 7,5 bal gücündə şiddətli zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidmətinin verdiyi məlumata görə, zəlzələnin episentri sahilyanı Barranca şəhərindən 42 kilometr şimal-qərbdə olub.
112,5 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin və dağıntıların olmadığı bildirilib.
Ağarza Elçinoğlu