Çexiya Prezidenti Miloş Zeman Demokratik Vətəndaş Partiyasının lideri Peter Fialanı Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin edib.
"Unikal" xəbər verir ki, Fialanın andiçmə mərasimi keçirilib. Mərasimdə iştirak edən Zeman koronavirusa yoluxduğu üçün şüşə arakəsmə arxasında əyləşib.
Prezident yeni hökumət başçısına uğurlar arzulayıb. Peter Fiala ona göstərilmiş etimada görə Zemana təşəkkürünü bildirib.