Türkiyədə həkimlər daha bir möcüzənin şahidi olub.
"Unikal" xəbər verir ki, Koşuyolu xəstəxanasında süni nəfəs aparatına qoşulan COVID-19 xəstəsi 27 yaşlı Nida Pelit sağlam uşaq dünyaya gətirib.
Körpə qeysəriyyə əməliyyatı ilə ananın bətnindən götürülüb.
Xanımın həyat yoldaşı tibb müəssisəsinin kollektivinə dərin təşəkkürünü bildirib.
Yerli KİV-də yayılan məlumatlara görə, baş verən hadisə ECMO cihazına qoşulan ağır koronavirus xəstəsinin ana olduğu nadir hallardan biridir.