İki övladı ilə Avstraliyada iki həftə karantində qalan qadın qaldığı oteli yandırıb.
"Unikal" xəbər verir ki, hadisə Kvinslend ştatında baş verib.
Övladları ilə birlikdə Kvinslendə istirahətə gələn qadında COVİD-19 aşkarlanıb. Daha sonra qadın qaldığı oteldə karantinə alınıb. İki həftəlik karantində olan 31 yaşlı qadın qaldığı mənzili yandırıb. .
"Pacific" Hotelin üst mərtəbəsini bürüyən alov səbəbindən 160-dan çox qonaq təxliyə edilib. Yanğın törətməkdə təqsirləndirilən qadın nəzarətə götürülüb.
Hadisə bağlı cinayət iş açılıb. Araşdırmalar aparılır.