"Rolls-Royce Motor Cars" 28 milyon dollar dəyərində avtomobil təqdim edib.
"Unikal" xəbər verir ki, bu mövcud olan "Rolls Royce Motor Cars"ın ən bahalı yeni avtomobildir.
Şirkətin baş direktoru Torsten Müller Osves jurnalistlərə açıqlamasında, "Bu, brend üçün həqiqətən tarixi bir andır. Biz hiper-fərdiləşdirmə və müasir patronajın faktiki olaraq sonsuz imkanlar təklif etdiyi lüks sahəsini tamamilə yeni səviyyədə təmsil edən avtomobil istehsalında müasir trendin önündəyik”, - deyib.
Əl ilə yığılmış avtomobil dünyada unikal qlamurdur. O, V12 mühərrikinə və planetdəki istənilən avtomobilin ən düşünülmüş hissələrinə malikdir.
Gülayə Mecid