Xəbər verdiyimiz kimi, Peruda 7,5 bal gücündə güclü zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Peru Milli Mülki Müdafiə İnstitutu Barranka şəhərinin 45 kilometr şimalında qeydə alınan zəlzələdə 220 evin zərər gördüyünü açıqlayıb.
"Evlərdən 75-i tamamilə dağılıb, 81 evin isə yaşayış üçün yararsız hala düşüb. Hadisə nəticəsində 4 nəfər dağıntılar altında qalıb. Ərazidə xilasetmə və zərərin aradan qaldırılması üçün birgə işləri davam etdirilir", - deyə açıqlamada qeyd olunub.