Ermənistanda son sutka ərzində daha 189 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
"Unikal" “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 338 120 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 535-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1440 nəfərdir. Aktiv xəstələrin sayı 12 947 nəfər təşkil edir.