Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 11:00-da başlayan iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.
***11:35
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hərbi hospitaldan Tbilisi Şəhər Məhkəməsinə aparılıb.
"Unikal" xəbər verir ki, ölkənin yerli televiziyasının məlumatına görə, o, ittiham edildiyi cinayət işlərinin biri üçün məhkəməyə gətirilir.
Bildirilib ki, bu, Saakaşvilinin oktyabrda həbsindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq.
"Bu dəqiqələrdə Saakaşvili şəhər məhkəməsinin binasına aparılıb. Dəqiqliklə deyə bilərik ki, bu gün Saakaşvili xalqla danışacaq", - teleşirkət xəbər verib.
Ağarza Elçinoğlu