Qırğızıstan parlamentinin deputatı hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın xəbər agentliyi məlumat yayıb.
"Deputat Bakytbek Jetigenov hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə cinayət işi üzrə saxlanılıb", - məlumatda deyilir.
Jetigenovla yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları “El ıntımağı” ictimai hərəkatının lideri Askat Temralıyevi də saxlayıblar. Müstəntiqlərin fikrincə, bu iki şəxs parlament seçkilərindən sonra dövlət çevrilişi etmək məqsədi ilə iğtişaşlar təşkil etməyi planlaşdırıblar.
İstintaq işləri davam etdirilir.
Gülayə Mecid