Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un yeni "Omikron" ştammının qlobal səviyyədə yayılma ehtimalını yüksək qiymətləndirib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
Qeyd olunub ki, virusun yeni variantının üzə çıxması ilə bağlı ümumi risklər olduqca yüksəkdir.
Xatırladaq ki, bir neçə gün əvvəl elm adamları Botsvana və Cənubi Afrikada 32 mutasiyanı ehtiva edən B.1.1.529 koronavirus ştammının meydana çıxması barədə məlumat veriblər.