İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail prezidenti İshaq Hersoqun Hərəm-i İbrahim məscidinə səfər etməsinə reaksiya verib.
"Unikal" xəbər verir ki, İƏT bu səfərin İsrailin Fələstin xalqının hüquqlarına, torpaqlarına və müqəddəs yerlərinə qarşı hücumlarının davamı olduğu vurğulanan bəyanatda beynəlxalq ictimaiyyəti Fələstindəki müqəddəs və tarixi məkanların qorunması üçün cəld hərəkətə keçməyə çağırıb.
Bəyanatda həmçinin beynəlxalq qurumlardan İsrailə pozuntularını dayandırmaq üçün təzyiq göstərmələri istənilib.
Bildirək ki, İsrail prezidenti Hersoq dünən yəhudilərin "İşıq Bayramı" qeyd etmələrinə qatılmaq üçün Hebrondakı Hərəm-i İbrahim məscidinə gedib.