ABŞ-ın Merilend ştatında yaşayan 61 yaşlı qadın üç il ərzində üç dəfə lotereyanın qalibi olub.
"Unikal" xəbər verir ki, adı açıqlanmayan qadın 5 dollarlıq iki bilet aldıqdan sonra ikinci biletində baş mükafat olan 50 min dolları qazanıb.
Məlum olub ki, qadın ilk dəfə 2018-ci ilin avqustunda 50 min dollarlıq baş mükafatı daha sonra 2019-cu ilin oktyabr ayında şans oyunu olan “Cash Craze Doubler” oynayaraq daha 50 min dollar qazanıb.