Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub, ölənlər və yaralananlar var.
"Unikal"ın xəbərinə görə, İstanbulun Esenyurt rayonunda güclü külək binanın damının uçmasına səbəb olub, iki nəfər həyatını itirib.
İstanbulun bəzi ərazilərində küləyin sürəti saniyədə 130 kilometrə yüksəlib, dağıntılar səbəbindən indiyədək 9 nəfər yaralanıb.
İstanbulun Çatalca rayonunda güclü külək saat qülləsini aşırıb.