İstanbulda təbii fəlakətlə əlaqədar məktəblər noyabrın 30-da bağlanacaq.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerliqaya özünün “Twitter” səhifəsində yazıb.
Vali bildirib ki, İstanbulda təhsil bir günlük onlayn olaraq davam edəcək.
Qeyd edək ki, bu gün fırtına və güçlü külək İstanbulda 4 nəfərin həyatına son qoyub, 38 nəfər yaralanıb.Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) təbii fəlakətdən qorunmaq üçün istanbullulara ehtiyac olmadığı halda evdən çıxmamağı tövsiyə edib.