İsrail rəhbərliyi bu ilin əvvəlindən noyabr ayına qədər işğal altındakı Şərqi Qüdsdə 130-dan çox fələstinli binasını lisenziyasız tikildiyi səbəbi ilə söküb.
"Unikal" xəbər verir ki, Qüds Bələdiyyəsi noyabr ayında ailələrdən bir həftə ərzində evlərini tərk etmələrini istəyib. Lakin məhkəmə ailələrə dekabrın 9-na qədər vaxt verib ki, bu tarixə qədər evlərini boşaltmalı və binanı özləri sökməlidirlər.
Əks halda, hər ev üçün 60.000 dollardan çox cərimə tətbiq ediləcək. Əgər evləri İsrail səlahiyyətliləri sökməyə məcbur olarsa, ailələri ya həbs, ya da 20 min dollar pul cəzası gözləyir.
Qeyd olunub ki, hazırda evinin sökülməsi gözlənilən 10 fələstinli ailə qorxu içində yaşayır.
Ağarza Elçinoğlu