Tofiq Sadıqov Ermənistana yanacaq satır?

Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov deyəsən Polad Ələmdar obrazına düşməkdən xoşu gəlir. Qəzetimizə daxil olan məlumata görə artıq bir neçə gündür ki, rayon məhkəməsi Tofiq Sadıqovu məhkəməyə gətizdirə bilmir. Çünki haqqında cinayət işi açılıb və yeyinti maddəsi ilə iş görülür. Amma Tofq Sadıqov hələ ki, özünü qoruya bilir. Bunu da qeyd edək ki, dəfələrlə onun işdən çıxması məsələsi gündəmə gəlib. Amma gözəgörünməz qüvvə onun postunda qalmasını təmin edib.Amma indi aydın oldu ki, əslində onun himayədarı elə Təhsil Nazirliyində qaynar xəttdə işləyən İsak adlı şəxsdir. Hər dəfə problem yarananda məhz onun dəstəyi ilə vəziyyətdən çıxa bilir. Bu yaxınlarda isə məzuniyyətdə olan Tofiq Sadıqov məcburi şəkildə geri qayıtmalı olub. Çünki himayədarı rayonja gəlibmiş və Beyləqan təhsil şöbəsinin müdiri ilə bağlı ciddi şikaylətlər olubmuş. Amma İsaqla keçirtdiyi görüşdən sonra vəziyyət düzəlib. Bunun qarşılığında isə məktəblərədn pul yığını başlayıb.Əldə etdiyimiz məlumata görə 7 saylı məktəbin direktoru hər işçidən 50 manat pul yığıb ki, İsaq müəllimi yola salmaq lazımdır. Bundan başqa Tofiq Sadıqovun orta məktəblərdə də hansı yolla adamları işə götürməyini hamı yaxşı bilir. Bunun üçün öncə əlin cibində olmalı, həmçinin qohumluq faktoru nəzərə alınmalıdır. Hətta orta məktəblərdə əmək haqqı alan ölü canlarda kifayət qədər çoxdur. Hətta öz həyat yoldaşını 1 saylı orta məktəbdə işə düzəldib və 24 saat dərs verib. Amma indiyə qədər onun üzünü görən olmayıb.Bununla yanaşı Tofiq Sadıqov bacısı qızını da 1 saylı orta məktəbdə labarant kimi işə düzəldib və 2 ildir ki, işə getməsədə əmək haqqı alır. Bunu da əldə etdik ki, Tofiq Sadıqovun qazanc yeri həm də məktəblərə ayrılan yanacaqdır. Hətta bu yanacağın Gürcüstana, daha sonra isə Ermənistana satıldığıda söylənilir. Tofiq Sadıqovun yanacağı tam olaraq mənimsəməsini sə rayonda hamı bilir. Amma lazımi şəxsləri görməsi səbəbindən hələ ki, ona qaşın üstə gözün var deyən yoxdur. (Unikal qəzeti)
Beyləqan təhsil şöbəsi ilə bağlı şok iddia