ABŞ-ın Texas ştatının sakini 30 yaşlı Li Prays COVID-19 pandemiyası səbəbiylə yaradılan yardım fondundan oğurluq edib.
"Unikal" xəbər verir ki, o, saxtakarlıqda ittiham olunub. Belə ki, Li insanlara saxta sənədlər verərək, onlardan yardım fonduna pul toplayıb. Amerikalı vergi qeydlərini saxtalaşdıraraq, əldə etdiyi pulla "Lamborghini", "Ford F-350" tipli pikaplar və "Rolex" saatları kimi bahalı əşyalar alıb.
Araşdırmalar zamanı Li Prays saxlanılıb. Məlum olub ki, Prays vəfat etmiş şəxslərin adlarında da istifadə edib. Onun barəsində qətimkan tədbiri seçilib. Linin 9 il həbs cəzası alacağı bildirilir.