“Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi postmünaqişə reabilitasiyasını yavaşladır”.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistan öz öhdəliklərinə sadiq qalaraq minaladığı Azərbaycan ərazilərinin xəritələrini təhvil vermir, buna görə də ona əlavə təzyiq göstərilməsinə ehtiyac var.
“Ermənistan bütün minalanmış ərazilərin razılaşdırılmış xəritələrini təqdim etməyib. Bu postmünaqişə reabilitasiyasını və azad edilmiş ərazilərdə tikinti işlərini yavaşladır və qaçqın və məcburi köçkünlərin öz ərazilərinə təhlükəsiz qayıdışı qarşısında ciddi baryer yaradır. Azərbaycan hazırda dünyanın ən ağır şəkildə minalanmış ölkələrindən biridir. Üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən fərq qoymadan döşənmiş minaların partlaması nəticəsində 71-i mülki şəxslər olmaqla 180 Azərbaycan vətəndaşı həlak olub və ya ciddi xəsarətlər alıb. Onların arasında jurnalistlər və media işçiləri də var. Bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəliklərə uyğun olaraq minalanmış ərazilərin xəritələrini təqdim etməsi üçün Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var”, deyə nazir vurğulayıb.