Türkiyəli aktyor Erkan Petekkaya xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, aktyor böyrəyindəki ağrılar səbəbindən axşam saatlarında təcili olaraq xəstəxanaya aparılıb. Petekkaya hazırda müalicə olunduğu bildirilir.
Bildirək ki, aktyor 4 il əvvəl böyrək daşı səbəbindən əməliyyat olunmuşdu.