Həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədova ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Unikal.org-a etibarlı mənbələrdən bildirilənə görə, keçmiş deputatın müsadirə olunan mülklərinin siyahısına daha biri əlavə olunub.
Bu, onun Mərdəkan qəsəbəsində yerləşən və qiyməti 1,5 milyon manatdan yüksək olan dəbdəbəli bağ evidir. Məlumatda bildirilir ki, artıq bu bağ evi sənədləşdirilərək, keçmiş deputatdan alınıb. Mənbə onbu da qeyd edir ki, yaxın günlərdə G.Əhmədovanın bütün mülklərinin müsadirəsi yekunlaşdırılacaq.
Qeyd edək ki, bu barədə daha öncə yayılan məlumatlarda bildirilirdi ki, araşdırmalar zamanı keçmiş millət vəkilinə məxsus olan 10-a yaxın yeni obyekt aşkarlanıb. Siyahıya Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən sahəsi 110 kvadrat metr olan “Əziz” kafesi başçılıq edir. Lider telekanalının yaxınlığında yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsinin də bütünlüklə G.Əhmədovaya malik olduğu müəyyən edilib.
Bundan başqa, keçmiş millət vəkilinin Şıxovda, təhsil naziri Misir Mərdanovun bağ evinin qonşuluğunda yerləşən 50 sot ərazidə bağ evi də varmış. Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, Hüseyn Cavid 85 ünvanında yerləşən “Romeo” gözəllik salonu G.Əhmədovanın yeni obyektləri arasındadır. Lider telekanalının yaxınlığında içi tikinti materialları ilə dolu iki anbar da Gülər Əhmədovaya məxsus olub. Qeyd edək ki, bundan əvvəl də AzNews.az G.Əhmədovaya məxsus obyektlərin siyahısını təqdim etmişdi. Müsadirə edilmək üçün məhkəməyə təqdim olunacaq əmlakların siyahısında sabiq deputatın mərkəzdə olan 9 mənzili, 4 böyük bağ evi və 4 iri sahəli obyektinin olduğunu bildirmişdik. Adı bəlli olan obyektlərdən biri Yasamaldakı “Məkan” restoranıdır. Sabiq deputatın digər obyekti isə Tbilisi prospektində “Həyat Recens” oteli ilə üzbəüz “Pivnuşka” (pab) kafesidir. Sonuncu dəfə isə Gülər Əhmədovanın Bakının mərkəzində, “İçərişəhər” metrosunun yaxınlığında, Şeyx Şamil küçəsi, 2 ünvanında yerləşən və qadın gözəllik mərkəzi kimi fəaliyyət göstərən “Monika beauty center” salonu istintaq qrupu tərəfindən ələ keçirilib. İki mərtəbədən ibarət olan və 132 saylı orta məktəbə bitişik bu bina indi iki ayrı firmaya icarəyə verilib.
Digər Xəbərlər
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43