Amerika lideri Co Bayden Rusiya prezidenti Vladimir Putin arasında söhbətdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.
Bildirək ki, Putin və Bayden bu gün videobağlantı vasitəsilə danışıqlar aparacaqlar. Bundan əvvəl Zelenski ilə Blinken arasında da telefon danışığı olub.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Blinken və Zelenski Donbassda nizamlanmanı və Krım üzərində “Ukraynanın suverenliyinin bərpasını” müzakirə ediblər.