Rusiyanın Novorossiysk limanından Cibutiyə gedən 225 metr uzunluğunda, 40,609 qrostonluq Liberiya bayrağı altında üzən “Fortune Trader” gəmisi Türkiyənin Gelibolu sahillərində ilişib qalıb.
"Unikal" xəbər verir ki, buna səbəb gəmidə yaranan texniki nasazlıq olub.
İnsident nəticəsində Çanaqqala boğazı hər iki istiqamətdə tranzit gəmilər üçün bağlanıb.
Nasaz gəminin buksirlərlə tezliklə müvafiq tərsanəyə aparılacağı bildirilib.