Almaniyanın Brandenburq əyalətinin Köniqs Vusterhauzen şəhərində dəhşətli ailə faciəsi baş verib.
"Unikal" xəbər verir ki, 40 yaşlı kişi əvvəlcə həyat yoldaşını daha sonra isə 4, 8 və 10 yaşlı 3 uşağını öldürüb. Hadisədən sonra kişi məktub yazaraq, intihar edib. Evdən silah səsləri eşidən qonşular polisə xəbər veriblər.
Polis evdən 5 nəfərin cansız cəsədini tapıb. Onların cəsədi tibbi ekspertizaya göndərilib. Kişinin yazdığı məktubda tapılıb. O, özünü və ailəsini öldürməsini məktub da qeyd edib. Belə ki, ailə koronavirus əleyhinə saxta pasport alıb. Kişi bu saxtalığın bir gün ortaya çıxacağından və buna görə övladlarının əlllərindən alınacağından qorxubmuş. Bu səbəbdən də ailəsini öldürmək qərarına gəlib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.