Dünən gecə saatlarında Ermənistanda Milli Məclis sədrinin sözlərindən qəzəblənən erməni əsirlərin valideynləri Şirak vilayət administrasiyasını mühasirəyə alıb.
"Unikal" xəbər verir ki, onlar vilayət qubernatoru ilə görüş keçirməyi, həmçinin Milli Məclisin sədrinin istefasını tələb ediblər. Onlar həmçinin mərkəzi yolları da bağlayıblar.
Dünən gecədən başlayan etiraz səhər saatlarına qədər davam edib. Bildirilib ki, aksiya bu gün də davam etdiriləcək, əsirlərin yaxınları qərarlı olduqları üçün eyni tələblə yenidən rayon rəhbərliyinə getməyə hazırlaşırlar.
Ağarza Elçinoğlu