Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin 2022-ci il üzrə büdcəsi müzakirə edilərkən deputatlar arasında əlbəyaxa dava olub.
"Unikal" xəbər verir ki, məlumatı NTV telekanalı yayıb.
Belə ki, müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat Erkan Aydın kürsüdə çıxış edən zaman daxili işlər naziri Süleyman Soylu ona “saxtakarsan” deyib.
E.Aydın nazirin atmacasını cavabsız qoymayıb: “Dediklərini olduğu kimi özünə qaytarıram”.
CHP-li deputatın sözləri hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkillərinin narazılığına səbəb olub. Onlar kürsünün önünə gələrək E.Aydının çıxışını dayandırıblar. Nəticədə mübahisə yaranıb. Daha sonra mübahisə yumruqlu davaya çevrilib.
Spiker qanunverici orqanın iclasına fasilə verməyə məcbur olub.