Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın günlərdə ifadə vermək üçün məhkəməyə çağırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Ermənistan” parlament fraksiyasının üzvü, deputat Artsvik Minasyan bildirib.
Onun sözlərinə görə, Alen Simonyan 2021-ci ilin avqustunda parlamentin binasında baş vermiş dava-dalaşla bağlı ifadə verəcək.
Qeyd edək ki, 2021-ci il avqustun 24 və 25-də parlamentin binasında deputatlar arasında dava-dalaş düşüb.