Goranboyda 25 yaşlı qız dəm qazından zəhərlənib.
"Unikal"-ın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib. Belə ki,1996-cı il təvəllüdlü qəsəbə sakini Məmmədova Mənsurə Nizaməddin qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Muradlı